Qorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,Rəhim ilə qalmışam darlamanda,Əs, ey canım, bad-i-murad, əs indi

Əvvəl səni ol Sübhana and verim,Padşahi-ins-ü cana and verim,Əzəməti-Süleymana and verim,Əs, ey canım, bad-i-murad, əs indi

Tifl ikən vətəndən oldum avarə,Tapılmaz mən kimi bir bəxti qarə,Sən əsməsən olmaz bu dərdə çarə,Əs, ey canım, bad-i-murad, əs indi

Kim gördü yetişmiş şəmə pərvanə,Əbəs-əbəs düşübə odlara yana,Təzlik ilən məni yetir cananə,Əs, ey canım, bad-i-murad, əs indi

Sidq ilə xaliqə eylərəm niyaz,Qurtaran ömrümü eyləsin daraz,Biçarə Heydəri elə sərəfraz,Əs, ey canım, bad-i-murad, əs indi

Случайное стихотворение

Стихи других поэтов