Ah, təmizlik, təmizlik…
Ah, təmizlik, ah, təmizlik, təmizlik,Sən də bir cür müsibətsən, bəlasan…Şən həm bütün dövrlərdə əzildin,Həm də oldun ümidlərin qalası…
Bircə sənsən xilas üzündə,Sən bəşəri qurtulmusan həmişə…Yer-göy bolluq dəryasında üzəndə,Sən təmizlik qıt olmusan həmişə…
Ah, təmizlik, ah, təmizlik, təmizlik,Təmiz vicdan, təmiz məslək, təmiz ad…Təmiz olmaq qorxuludur, qəlizdir,Riyakarlar say-hesabsız, düzlər az…
Min yol səni natəmizlər qalayıb,
Heç bitib-tükənməmisən sən ancaq…Daim sənin fəna olub taleyin,Çox vaxt düzdə tək qalmısan işə bax…
Ah, təmizlik, ah, təmizlik, təmizlik,Bu gün bütün xilqət tutur yasını…Yeyir səni möhtəkirlik, hərislik,Murdar əllər sənə qəbir qazıyır.
Lap az qala qeyb olursan, itirsən,Boğulursan çirkab adlı dənizdə…Günəş boyda projektor götür sən,Gündüz axtar tapılarmı, təmizlər…
Ah, təmizlik, ah təmizlik, təmizlik,Sən bəşəri tərk eləmə, amandır…Körpələri südün ilə əmizdir,Cavanlara, qocalara həyan dur…
Halalları o dünyadan al geri,Haramları bu dünyadan yox elə,Odla, yandır heç qalmasın külləri,Nifrətini, nifrətini çox elə…
Ah, təmizlik, ah, təmizlik, təmizlik,Hamımızın ən başlıca sifəti…Bir gör neçə qərinədir, əsirdir,Sənin ilə ad çıxarıb millətim…
Sən həm onun xoşbəxtliyi deməksən,Həm də onun faciəsi, pənahı…Həmi ona sən arxasan, köməksən,Həm də onun bədbəxtliyi, günahı…
Ah, təmizlik, doğulduğum zamandan,Gecə-gündüz çağlayırsan qanımda…Bu dünyadan köçəndə də amandır,Keşikçi ol məzarımın yanında…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-ah-temizlik-temizlik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şer üçün öz-özümü çoxdanƏsr eyləmişəm…
Əvvəl-əvvəl dünya bütöv bir ev imiş…Dünya əvvəl sonsuz nəhəng bir ev imiş,Zaman-zaman neçə yerə parçalanıb…
Mənə rəhmin gəlsin…Ölür ürəyimdə yaxşı adamlar,Bulanıb zamanın çirkablarına…
Dağlar, sizdə nəyim qaldı, gəncliyimDağlar, sizdə nəyim qaldı, gəncliyim,Gəncliyimi bir də mənə qaytarın.
Стихи других поэтов
Ovcumda bir daş vardır...Zümrüd kimi, sevdiyim
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.