Çox işlərdə yarımçığıq biz hələ ki,Düşmən qalıb özümüzə toy tuturuq…Öz misini qızıl sayır özgələri,Qızılımızı bizsə misə tay tuturuq…

Yad söz çoxdur bu millətin dilində də,Yad dil ilə dəfn olunur öləndə də,Yay fəslində quyruq doğan günündə də,Bəxtimizə görürsən ki, ay tutulur.

Xanəmizin damı uçuq, daşı qırıq,Tökdüyümüz zir-zibili daşımırıq,

Əlimiz var qoturumuzu daşımırıq,Özgələrə yalvarırıq:-vay, qoturuq…

Yollarımız kələ-kötür, mərtəbəli,Günəşimiz doğur, batır ertə belə,Otururuq sayılmayan yerdə belə,Başqaları deyir:-məni say, oturum…

Düz əməldən yalanımız daha boldur,Almayandan alanımız daha boldur.Boş-boş zurna çalanımız daha boldur,Quru sözdən xalqımıza pay tuturuq…

Puldur bizi kölə edən, əsir edən,Bir də bərk-bərk yapışırıq vəzifədən,Ayılmırıq heç topların səsinə də,Özümüzçün bala-bala züy tuturuq…

Yekələr var, çatıhmayır palanları,Qanmayanlar ağıl verir qananlara,Bu torpağa, bu vətənə yananları,Hey əzirik, hey qırırıq, hey uduruq…

Xəyanətdə bizi ötən olmayacaq,Ədavətlə bizə çatan olmayacaq,Deyəcəyəm bizdən adam olmayacaq,Deyəcəksiz bu nə sözdü, qoy oturaq…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине