İlk dəfə
(şer-nağıl)
İlk dəfəydi bu dünyaya gəlirdim,Dişinə vururdun məni ilk dəfə…İlk dəfəydi yeri-göyü görürdüm,Əvvəl çıxdı qabağıma ilk təpə…
Qalxdım onu bir nəfəsə, bir yola,Sonra dəydi sifətimə ilk külək,Sonra mənə həyat verdi ilk sual,Sonra mənə qənim oldu ilk fələk…
Evimizə şivən düşdü ilk dəfə,Atam bizi tərk elədi bir səhər…Gördüm onda mən ilk tabut, ilk kəfən,Bu dünyadan o dünyaya ilk səfər.
Sonra daddım ilk sevginin dadını,Düşdüm mən ilk məhəbbətin bəndinə…Duydum onun soyuğunu, odunu,Ürəyimi etdi həsrət, qəm binə…
Qapımızda bir gün qurban kəsdilər,Mən qan gördüm gözlərimlə ilk dəfə,Elə bil ki, ümidimi üzdülər,O qan çəkdi çox arzuma ilk çəpər…
İnsanları saf, müqəddəs sayırdım,Hamıya da inanırdım ürəkdən…Elə bil ki, yuxudaydım ayıldım,Zərbəsini daddığım ilk kələkdən…
Mən özüm də bəzən çaşdım, tələsdim,Çıxdı birdən əllərimdən ilk xəta…Az qalmışdı düşəcəkdim üz üstə,Tutdu bərk-bərk qolarrımdan bir adam.
Qalxıb durdum, nəfəs aldım dərindən,Yaxşılığın gücün daddım ilk dəfə…İlk dəfəydi bu dünyaya gəlirdim,Dünya məni tutub atdı ilk dəfə.
Min yol çəkdi imtahana, sınağa,Heyrət etdim bu qəribə nağıla…Əvvəl onu görməmişdim mən, axı,Əvvəl insan olmamışdım, axı, mən…
Hər kəs gələr bu həyata bir dəfə,Hər kəs gedər bu həyatdan bir kərəm…Qayıtsaydım bu həyata bir də mən,
Günahlarım az olardı bəlkə də…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-ilk-defe
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gecə keçdi, dur ayağa, rəxt ü xabın vəqtidir,Tövbə istiğfara gəl indi səvabın vəqtidir
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
بهشت روی تو را پاک دیدهای بایدکه جز به دیدن روی تو دیده نگشاید