Allah, insan yolun azıb, tamam gedir əldən, Allah,Qaytar onu bu yaramaz yoldan, Allah,Öz əliylə qəbir qazır özünə o,Öz-özünü edib insan özünə ov…Böyük insan dönüb olub kiçik insan,İnsan qanı içir insan…Sənə olum qurban, Allah,Qaytar onu bu qorxulu yoldan, Allah.Sən gətirdin hamımızı bu cahana,Sən həm ata, sən həm anaSən etmisən xilqət bizi,Sən qadirsən bu bəd yoldan döndərməyə əlbət bizi…Səndən ayrı güman yoxdu,Səndən ayrı heç qüvvəyə inam yoxdur…Nəyə gərək say, hesabsız sürü, Allah,Çox-çox ölü, diri, Allah,Su tükənir, çörək qıtdır, hava çatmır,Xəstələrə iynə, dərman, dava çatmır…Qoyma yesin bir-birini, bəni-adəm vəhşi olsun.Qoy az olsun, yaxşı olsun…Qonşumuzda neçə milyon yırtıcı var bəs deyilmi?Elə onlar dünya üçün az deyildir…Tələs, sonra gec olacaq,Yoxsa insan quduzlaşıb, gic olacaq…Yoxsa tamam gözlərinə qan gələcək,Axır zaman gələcək…Səsini kəs xəbislərin, yamanların,Ələ bütün insanları…Hamını qıl körpüsündən keçir, Allah,Çölə çıxar murdarların için, Allah…Sənin buna ixtiyarın, iqtidarın çatır, Allah.Ey hər şeyə qadir Allah…Yalvarıram sənə, Allah,Yoldan çıxsam hətta susdur məni, Allah…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов