Hərə özünü düşünür…
Xalqını düşünən hanı,Hərə özünü düşünür,Arvadını, uşağını,Oğul-qızını düşünür…
Hərə qalır öz gününə,İşıq salır öz gününə,
Hər öz toy-düyününü,Hərə yasını düşünür…
Allah dadımıza yetsin.Məhv olarıq belə getsə,Kim kimə yaxşılıq etsə,Tez əvəzini düşünür…
O nadanın bax içinə,Adam olub pul gücünə,Aləm batsa nə vecinə,O özgəsini düşünər?..
Tayfalara bölünürük,Ayaqlarda sürünürük,Niyə miskin görünürük,Bir yol siz bunu düşünün…
Yad vaya vay verən kimdir,Kasıba pay verən kimdir,Qonşuya hay verən kimdir,Hamı tərsini düşünür…
Hərə öz-özünə darğa,Hərə öz-özünə «arxa»,Bununçün yarımçıq xalqıq,Gəlin düzünü düşünək…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-here-ozunu-dusunur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şer acıyam…Hər şeyimi as yazıram…
Şer əkdim bu qalanın içində…Bu həyata göz açalı əzildim,Ağır-ağır qayğıların
Heyf sənə poeziya, heyf sənə…Heyf sənə, poeziya, heyf sənə,Necə bizim zəmanədə gözdən düşdün.
Söz satıram,alan yox…Çox deyirlər talan olub, uçulub,Sökür, yeyir kim nə qədər bacarır…