Belə olmaz
Ay ağalar, ay qazılar,Belə olmaz, belə olmaz!El malına tamarzılar,Belə olmaz, belə olmaz!
Aləmə saldınız azar,Can alırsız, açıq-aşkar,Xalqı soyur qaraullar,Belə olmaz, belə olmaz!
Kimisi cəlladtək qəsdə,Kimisi də kəmərbəstə,Döymə oğlu, ata üstə,Belə olmaz, belə olmaz!
Yorqanı yox bürünməyə,Qörxur gözə görünməyə,Öyrənmişik sürünməyə,Belə olmaz, belə olmaz!
İnsaflı ol, a hökmüdar,Çox da qolda qüvvətin var,Çoban Əfqan dözməz, ağlar.Belə olmaz, belə olmaz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/coban-efqan-bele-olmaz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Bağların bar vaxtı gəlYazda gələ bilmədin,Bağların bar vaxtı gəl.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məniGətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.