Taci-taxt axtaranlar kəslər əlində,Daim bir hədəfdi, bir nişandı- XALQ…Yurdun dar günündə, ağır inindəÇarpışan da xalqdır, əlləşən də –XALQ…

Özgə heç onu saya alan yox,

Nə bir itirən, yox, nə axtaran yox,Heç böyük balası şəhid olar, yox,Şəhid olan da XALQ, döyüşəndə-XALQ…

Düşmən qabağında o sədə dönər,Vicdana, namusa, qeyrətə dönər,Əlüstü sayılar, hörmətə minər,Bir savaş düşəndə, qan düşəndə-XALQ…

Yalançı başçılar, vəkillər onu,İlan tək çox dəmə çəkiblər onu,Xalqım deyə-deyə söküblər onu,Aldanan da XALQDIR, xam düşən də-XALQ…

Əsrlər dəyişir, o durur yenə,O öz kimliyini qoruyur yenə,Uca ola-ola aşağı yerə,Layiq olan da-XALQ, əyləşən də-XALQ…

Bütün uluların odur ulusu,İgid Babəki var, qoç Koroğlusu,XALQ kimdir, millətin dilsin yavrusu,Əl-ayaqsız da XALQ, möhtəşəm də XALQ…

Nə şöhrət tanıyar, nə ad, nə mənsəb,Məhv olar, o qara kütləyə dönsə,Pərən-pərən olmuş sürüyə bənzər,Özü ilə çəkişib-didişəndə-XALQ…

Nifrəti üzdədir, eşqi dərində,Zəhər bir əlində, bal bir əlində,Mərdlik hifs eyləyir qəm-kədərində,Faciə yaşadır gülüşündə-XALQ…

Ona bu dünyada tay ola bilməz,Qılıncı olmasa sayıla bilməz,Önündə bir qüvvə dayana bilməz,Əl-ələ verəndə, birləşəndə-XALQ…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине