Xilası ancaq…
Yalnız inanıram ağlın gücünə,Hər işdə irəli o düşə gərək..Quruluş dəyişməklə dəyişməz heç nə,Əvvəl təfəkkürlər dəyişə gərək…
Onsuz bütün ərzin gücünü topla,Nə əsl ədalət, nə də haqq olmaz…Heç bir ordu ilə, tüfənglə, topla,Vətəni hifz edib, saxlamaq olmaz.
Amma kalımız bol, nadanımız bol,Vicdan əzabından azadıq hələ…Varımız, malımız, imkanımız bol,Ağlın sərvətindən kasadıq hələ…
Hələ millət kimi yetişməmişik,Hələ çox şeyimiz ala-yarımçıq…İçdən bir-biriylə, bitişməmişik,Üzdən birliyimiz ala-yarımçıq…
Etiraf edəlim olsa da çətin,Azdı ruhumuzun ziyası hələ…Hadi doğru deyib yox bu millətin,Millətlər içində imzası hələ…
Güya Koroğlunun övladlarıyıq,Amma ki, qeyrətdən yarınmamışıq…Neçə əsrdir ki, xalq adlanırıq,Çox-çox ölkələrdə tanınmamışıq.
Böyük zəkaları qurban edirik,Şəxsi xeyrimizə, nəfsimizə biz…Öz qızıl qanına qəlbən edirik,
Kim yaxşıya yaxşı deyir, pisə pis…
Qurban payı kimi bölüblər bizi,Öz kal ağlımızın qurbanlarıyıq…Heç vaxt görməyirik öz səhvimizi,Dünyanın talesiz insanlarıyıq…
Elə özümüzü tərifləyirik,Özünü bəyənən ağama vay, vay?..Tərif eşitdikcə xərifləyirik,Təriflə evini yıxana vay, vay…
Ura dəlisiyik, şüar ustası,Sürüylə məddahlar yazanımız var…Elə qovruluruq yağımızdaca,Elə qaynayırıq qazanımızda…
Daim böyüklərin kirayəsində,Dünən onda idik, bu gün bundayıq…Elə onun-bunun himayəsində,Elə onun-bunun qoltuğundayıq…
İmkanım olsaydı daş qafaları,Lap yumurta kimi döyüşdürərdim…Yarımçıq başları, boş qafaları,Doluları ilə dəyişdirərdim…
Zəka, kamal payıla bizlərə, Allah,Qalan söz-söhbətlər nağıldır ancaq,Bu xalqın ümidi, xilası vallah,Ağıldır, Ağıldır, Ağıldır ancaq…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-xilasi-ancaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qopur ürəyimdən sonuncu nida,Sonuncu hıçqırıq, sonuncu nəfəs…
Qurban olum dualarına…Ay ana, düşürsən tez-tez yadıma,Təzədən dönürəm uşaq oluram.
O vaxt anam cavan idi…O vaxt anam cavan idi, çox cavan,O toyların ziynətiydi, ziynəti…
Ərzin ən əvəzsiz, ən saf insanı…Səsin qulağımda, adın dilimdə,Gəzdim Mərdakanı, İbrahim dayı.
Стихи других поэтов · О мудрости
İşində sayıq ol, sözündə kamil,Ariflər içində söyülmə, könül!
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
کاکل مشکین نقاب چشم و ابرو ساختیآن کمان پنهان بدار، اکنونکه تیر انداختی
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,