Ərzin ən əvəzsiz, ən saf insanı…
Səsin qulağımda, adın dilimdə,Gəzdim Mərdakanı, İbrahim dayı.Az qaldı soruşam gəlib-gedəndənDeyəm dayım hanı, İbrahim dayı?..
İnsan bir yalandır, şirin bir yalan,Hələ ki, olmayıb əbədi qalan,Ta gendən seyr etdim sahibsiz qalan,O evi, eyvanı, İbrahim dayı.
Bir bağın vardı ki, çiçəkdi, güldü,Yazda açılırdı, qışda gülürdü.Gördüm meyvələrin sanki ölüydü,Bərk qaraldı, İbrahim dayı.
Təzə mənzilinə düşdü güzarım,Baxdım, çöküb yeri, solub hasarı,Gör necə dəyərsiz olub məzarı,Övladsız insanın, İbrahim dayı.
Ürəyin genişdi, qəlbin böyükdü,Sən neçə kimsəsiz yetim böyütdün,Onlara öz balan dedin, böyütdün,İndi onlar hanı, İbrahim dayı.
İstəyin nə idi, özgəyə yanmaq,Təmiz ömr eləmək, təmiz dolanmaq,Səhvsiz adam olmur deyirlər-amma,Yoxdu bir nöqsanın, İbrahim dayı.
Qeyrət insanıydın, insaf insanı,Allah insanıydın, savab insanı.Ərzin ən əvəzsiz, ən saf insanı,Ən bədbəxt insanı, İbrahim dayı…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-erzin-en-evezsiz-en-saf-insani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yeri get, ey kafir qızıƏyninə gey, al qırmızı
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Unudulmuş sevdaSoruyorsan: səni sevdaya salanNerdədir şimdi o qızlar gözəli?
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,