Soruyorsan: səni sevdaya salanNerdədir şimdi o qızlar gözəli?Bən unutmuşdum o sevdayı inan,Duyğusuz qolbi dövranın əli;Bəni sarsıtdı, unutdum adını,Bana gəl sorma o solğun qadını?!

Bəni pək gənc ikən ağlatdı zaman,Çəkərək pərdə o xoş mənzərəyə.Bənim ilk eşqimi ilk əldə haman,Kümdülər, bilmədim əmma nerəyə!Onu döndərdi xəzan yaprağına,Nə deyim bən o yerin toprağına?!

Anlaşılmaz düşünüb, söylədiyim,Nə durur qəlbim, o gündən, nə duyar!Bən ki, hala yenə sərsəm kibi,Yenə qəlbimdə o dərdin izi var!Lənət ömrün bu ağır illərinə!Qıydı bir şuxun ipək tellərinə!

Bir soran yoxmu o zalim fələyə,Bu bənim gəncliyimin qatilinə;Niyə qıydın sən o solğun mələyə?Bu vurub yıxmağının qayəsinə?Nə deyim, böylə bu mənasız işə?Sonu yox, sıtmalı, sərsəm gedişə?!.

-Əhməd Cavad. “Maarif və mədəniyyət", may, 1924, №5*

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов