Könlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndəBu millət arasında kı noqsanı görəndəBu kin, qərəz, qeybət, bühtanı görəndə

Məhv olmuş aradan əsəri-mehri-sədaqətBaşlamış hamı bir-bir ilə buğzi-ədavətHeç kimsədə yox zərrə qədər sidqü diyanətİnsanda məgər buğz edər insanı görəndə

Asari-kərəm yox neçə əfradi-bəşərdəDövlətlilərin himməti yox müddi-nəzərdəFüqra əhlini görcək yan ötər rahigüzərdəAçmaz gözünü yoxsulu nalanı görəndə

Yox bizlər üçün mə'rifət, elm, sənayiMətruk olubən elmdən olduq necə zayiBədnamlığımız aləm ara oldumu şayiXəcalət çəkirəm millət tərsanı görəndə

Asari-qədimi hələ biz qoymadıq əldənTa həşrə kimi çəkmirik əl ləğv əməldən

Olmuş bizə qismət bu yəqin ruzi-əzəldənİbrət bizə yox halı-dünyanı görəndə

İcad qılıb xarici millət qramafonHazırdır danışmaqdan ötrü hər yerə telefonOn gün yolunu bir günə təy eylədi vaqonQan ağlaram eşşəklə bu karvanı görəndə

İnsanlar olub bir-birinə gör necə yağıKeçmiş bunların qeyrət-himmətli çırağıBaxdıqca qəzetlərdə çəkir sinəmə dağıİranda bu nahaq tökülən qanı görəndə

Bir fikir qılın sizdə, ey millət-i-islamMillətlər arasında biz olduq necə bədnamBiganələr etməz bizə bir zərrəcə ikramBizdən hamı millət çəkilir yanı görəndə

Hər dəm çəkilir fikr, edirəm sinəmə min dağKim yox kəfənim xaricilər verməsə gər ağÖlmək bizə yeğdir belə qalmaqdan isə sağOnlar toxuyan atlas və dibanı görəndə

Ətfali-müsəlman dolanır küçədə bikarYox məktəbimiz elm-ədəb kəsb edə onlarBi-elmlik etmiş bizi bu aləm ara xarƏfsus edirəm tifli-nəsarani görəndə

Pambığı alır xaricilər üçcə manataParça qayırıb hər putunu yüzlüyə sataHəm şəhrə verir parçanı, həm əhli-dəhataFikir ilə sən ol dövləti-Osmanı görəndə

Üç put yun ilə biz edirik bir kəbə hazırHəm rəngi gözəl, həm ərişi, arğacı cəvahirSövdagər alır mayəsinə gər ola nazirÇox fəxr edirik bir belə sövdanı görəndə

Hər yerdə ki bərpa olunur məclisi-işrətBaşdan ayağa xərc, hədər, çoxlucə bidətİzhari-təəffür eylər əhli-bəsirətPərdaqa ilə xəncəri-bürranı görəndə

Üç-dördü görürsən gəlinin kəsdi qabağınVer xələtimi, zərrəcə tərpətmə ayağınÜç abbası ilə o da çağ etdi damağınHər iş düzəlir cifeyi-dünyanı görəndə

Toy içrə çörək hazır edər bir neçə övrətBaşlarlar onlar etməyə bir növ hökumətHər kim gələ məclisə, verə onlara xələtOxlayda dolanmış quru yuxanı görəndə

Toy sahibini el yığılur etməyə müztərGərdək gətirən, evi süpürən cayizə isterTapdandı ayaq altda qalan balış-bisterMən də gülürəm yerdəki yorğanı görəndə

Aşıqda çıxır zurnası ağzında qabağaƏlqissə verir xeyli əziyyət o qonağaOl pul alıb daxil edir sonra otağaMəclisdə söyər birdə o mehmanı görəndə

Sazı ona bir beş açılandır, evi viranBir sövqusi Allahlamadır, həm biri DuranBaşdan ayağa lüt soyulur hər gecə mehmanÇox şükr edir Aşıqlı şir Aslanı görəndə

Случайное стихотворение

Стихи других поэтов