Mənə məktub göndərib, zəng edərək uzaqdan,Soruşursan hər zaman:“Söylə görüm necəsən?Xəstəmisən, sağmısan?..”Sevgilim, özün düşün, sən məndən uzaqmısan?Gözlərinin rənginə baxa-baxa hər axşamMən yuxuya dalmışam.Bil ki, könül həmdəmin nə yorğun, nə xəstədir,Şəklin başım üstədir.

Mən səni bir görüşdə təsadüfi sevmədim,Təsadüfi tərk edim.Uzaq eldə olmağın etmir məni nigaran,Gözdən uzaq olduqca qəlbə yaxınlaşırsan.Günəş qərbə keçəndə azalırmı atəşi?Ey qəlbimin günəşi!Könlüm nə hicran duyur, nə ayrılıq hiss edir,Şəklin başım üstədir.

Mən səni unutmaram məktub yazsan, yazmasan.Axı hər vaxt, hər zamanMən səni düşünmüşəm, sən də məni anmısan.Ağır gündə, çətində arxamda dayanmısan.Bu həyat yollarını birgə vurmuşuq başa.Yaşayacağıq qoşa.Mən heç kədərlənmirəm, ömür keçir, gün keçir...Şəklin başım üstədir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов