Günahkar
“Günahkar”.Nə ağır damğadır...Bu ad,Məhv edərKişini də,Qadını da.Şəklini asmışam otağıma,Bilməsəm adını da.GöstəribDostuma,QonağımaHər gün deyirəm:“Günahkardır” bu qadın!AncaqTəqsirin nədir?Bilmirəm.Barı sən özün soruşaydınBu adı sənə verəndən!“Nə üstə ittiham oluram mən...”Baxıram,Sinən açıq,Başın açıq.Türk gözəlinə oxşayırsan azacıq.Doğan günəşin telləri təkMərmər çiyinlərinə tökülənXurmayı saçlarQulac-qulacdır.Şümşad barmaqlar
Döşlərin üstündə daraqlanıb,Zindan barmaqlığı kimi.Köksündə həbs etdiyinKimdir elə?Çırpınır,Azadlığa möhtacdır.Yoxsa,Geniş sinəni örtmüsənKiçik əllərinlə?Səmaya dikilmişMavi gözlərin,Suyu qurumamış bulaq kimidir,Hələ də çağlar.Orada gənclik hissi,Həyat eşqiSönməmiş.Söylə, “Günahkar”?Bu sahilsiz diyardanNeçə səyyahGeri dönməmiş?!Məlul baxışlarınıDikib göyəYalvarırsan:“Ey böyük TanrıKeç günahımdan”.Axı, niyə?Sənin nə təqsirin var!Nə edəsən ki,Səni belə yaratdılar.Dodağın;Neçə ömrün bahasına alınmışYaqut danəsidir.Qaşların;Ocaqdan yeni çıxmışQılınc tiyəsi tək qaradır.Gözün,Yanağın,Boyun,Bir bahar nişanəsidir.Günahkar o adamdır ki,Səni belə yaradır,Sonra daAd verir:“Günahkar”.Qalx,Dizi üstə çöküb,Yaradanın qarşısındaGöz yaşı töküb,Günahlarçın yalvardığınYetər.Dünyanın ən gözəl qızı,Səni bu halda görsə əgər,Qabağında diz çökər,Sənə secdə edər, inan.Axı sənGünaha yox,Pərəstişə layiqsən.Qalx,Çıx o çərçivədən!Qoy mənim olsunGünahların tamam.Çərçivə üçün yaranmadın sən.Qalx!Dua etdiyin illəriYenidən yaşa.Mən dəSənin günahınlaYüz il dolanaram.Qoy mənim olsunGünahların tamam...Eh, buna nə var ki...Ey cənnət arzusuyla çırpınanGöyərçin,Cəhənnəmin qəbzinə qol çəkərəm
Səninçün,Sənin günahını daşımağa nə var ki...Bütün günahlarGözəllik günahı olaydı təki...Onu daşımağa nə var ki...İndi,Şəklinin altından pozuram“Günahkar” sözünüAdını nə yazım?Qalx,Özün de.Ey, gözəllik ilahəsi,De.Düzünü de...
Soçi, 1960
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-gunahkar
Клавиши ← → для перехода, R — случайное стихотворение