Həsənin ölümü
Bir səhər,kəndə yayıldı acı bir xəbər:“Həsəni öldürdü Cabbar...”Əvvəlcə inanmadılar,“Həsən dilsiz-ağızsız,rəiyyətin biri,ağzı təzə çatıb çörəyə...Cabbarın qohumu, qardaşı,torpağı, öküzləri.Hamı yalvarır ona işləməyə...Axı Həsənin Cabbarla nə işi var...”Odur ki, inanmadılar.Ancaq xəbər yerli-yerindəHəqiqət idi.Çox da ki, Cabbar hampa,Həsən rəiyyət idi.İş belə gəlib,yanaşıdır əkin yerləri.Dünən Cabbarın nökərlərimərzi adlayıb,cüt salırlar Həsənin yerinə.O qışqırıb hədələyir,baxmırlar.Yalvarır,qulaq asmırlar yenə.yazıq Həsən,başılovlu,əlləri göydə.qaçır kəndə sarı.O, bulaq başında tapır Cabbarı.Yalvarır:– Qoyma, nökərlərin mərzi aşdılar.əkdilər mənim də yerimi!Cabbar əyri-əyri baxıb ona,fısıldayır ilan kimi:– Mən demişəm!Qoy əksinlər!Axı, nə köməyin var,nə də cütün.Gözünü dağlayımsənin kimi rəiyyətin...Xırmanda gələrsəndeyərəm bir şey verərlər sənə...Həsən yalvarır yenə:– Bilirsən, körpə uşaqlarım var,rəva bilmə acından ölələr.Boğazımdan kəsib toxum almışam.birtəhər,uşaqların qanadı qandan çıxsın deyəözümü oda, közə vururam.Bir də yerim ola-olaniyə sənin qapına gəlim çörəyə?Cabbara yaman toxundu bu sözlər:– Buna bax,Mənə çörəyə gəlməyi alçaqlıq bilir.Axmaq!..Elə oradaca vurub öldürür Həsəni...Qadınlar ağladı bu xəbərdənkişilər qəzəbləndi.Fəqət,canının qorxusundankimsə nə danışdı,nə də dindi.Torpaq üstə ölən Həsəni,aparıb basdırdılar torpağa...İki günkənddə görünmədi Cabbar ağa.Sonra hər şey düşdü öz qaydasına təzədən.Elə bil yox imiş bu dünyada Həsən...Kimsə demədi Cabbara:– Sən də insansan,Həsən də insan idi.
O, bəlkə də səndən yararlısəndən mehriban idi.Ancaq sən öldürdün onu.Yaşamaqçın doğulanınHəyat haqqını əlindən aldın.Niyə o öldü?!Niyə sən qaldın?!Bu haqqı kim vermiş sənə:“Yaşama!” deyəsən Həsənə?!Ey, Cabbar!Həsən ölərkənbaxdınmı gözlərinə?Günəşin bir zərrəsinənecə enirdi qara bulud.Dodaqları necə titrədi...Hələ bəstələnməmişnəğməninecə də boğdu sükut.Qolları düşdü yanına...Kim bilir nə qədər torpaqşumsuz,toxumsuzqaldı.Sinəsi qalxıb-endidəmirçi körüyü kimi...Qalxdı...Endi...Daha qalxmadı bir də...Ocaqdakı gözlərin üstünəkül endi pərdə-pərdə...söndü ocaq...Soyudu Həsənin qəlbi...Daha neçə uşaq ata məhəbbəti,neçə nəvəbaba nəvazişi görməyəcək.Həsən öldü...Dünyaya yüz Həsən gəlsə dədaha o gəlməyəcək...Öldü Həsənlə birgəHəsənlə dünyaya gəlmişnə qədər nemət.Fəqət,Cabbara demədilər:“Bu qədər cinayətəsənin nə haqqın var!!!”Ancaqən acı həqiqət budur,Həsən öldü,qaldı Cabbar.Qaldı bir dəinsan ölümü haqqındayığın-yığın suallar...
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-hesenin-olumu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Rast gəldik şükr gördüm cəmalın,Məhşərə qaldı divanım Əsli
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar