“Şahin və Koramal”
Yer üzərində bir ada var,Xəritədə, kitabdaadı qeyd olunmamış bir ada.O, indi məlum olsa danə Magellan kəşf edib onu,nə də Kolumb.Ancaq neçə əsr əvvəlburada hansı hökmdarsa olub,əmr edib,bir qala tikilsinsıldırımların dənizə qovuşduğu yerdə.Nə “Qız qalası”,nə “Məkr”,nə də “Məhəbbət”...Fəqət,kiçik otaqlar,
barmaqlı pəncərələr,Bir də,qalanın üstündə bir meydan,Sonra da yelkənli qayıqlarzaman-zamanneçə keşikçi,neçə dustaq daşımış bura.Ağır qıfıllar vurulmuşkiçik qapılara...O vaxtdan insan səsi,insan nəfəsi.Bir də axşamgöydə ulduzlar yanandatitrək-titrək alışanşamların şöləsiucaldı qaladan.Ağır-ağır ötdü zaman,səhər günəş doğdu,axşam batdı...Axşam ulduzlar doğandayatan dustaqlarısəhər keşikçilərininaddım səsləri oyatdı.Beləcə yeknəsəq keçdi aylar...Bir yaz günüqala meydanındayanında silahlı keşikçibir məhbus günə verirdi özünü.Yenə göyün əyrisilə birləşən dəniztənbəl-tənbəl yırğalanır,yenə günəşin şəfəqləriləpələr üstündə yanır,yenə dalğalar aramsızyalayırdı qalanın təməl daşını.Məhbus birdən qaldırıb başınıbaxır səmaya,tala-tala buludlara,Bir də əlisilahlı keşikçiyə.Məhbusun bu qəribə baxışındanGözətçi diksinir elə bil:– Niyə belə baxırsan, niyə?!– Görmürsən,(Göyləri göstərir ona)çayda üzən buz parçası tək,Necə talalaşıb buludlar?– Nə olsun?!– Bahardır, ay qardaş, bahar.– Nə olsun!– İndi kənddə çəmənlər göyərib,gömgöydürlap bu dəniz kimi.Gündüzlər qar əriyibgilə-gilə,damcı-damcı.Axşamlar qayalardan buz sallanırsərnizəniz kimi.– Nə olsun?– Uşaqlar irmaqdan, gölməçədənatlana-atlanaotarmağa aparır qoyunları.Baharda kənddə olmusanmı barı?– Yox.– İndi yaylaqda alaçalpov,aranda yağış yağır.Qızlar quzeylərdən novruzgülü,güneydən tərə yığır...Çoban qaya üstündə oturublap mənim kimi, belə.Neçə-neçə nəğmə deyirkənd gözəllərinə.Qarğı tütəyin diliyləBilirsən, necə çalır?
– Bayatısı dağlara səs salır...İndi cavanlarboyunduruqdan aşırıb xışıüç ay qışıtövlədə yeyib, yatan öküzlərixamdan çıxarırlar xırman yerində.– Nə olsun?!– Bircə vəsiyyətim var,ömründə bircə gün olsa daget kəndə.Gözlərinlə görbahar günəş altda necə buxarlanırceyranın gözü kimi qapqara,qızılgül ətirli,neçə nemətlitorpaq.– Eh, nə olsun..Bundan mənə nə olacaq!– Mən kənddə doğulmuşam.Kənddə keçibömrümün acılı, şirinli günləri.Torpaq yedirdib,torpaq böyütmüş məni.Atam da, babam da kənddə yaşadı,kənddə öldü.Oğlum da, qızım da kənddədirlər indi.Görəsən nə edirlər mənsiz.Nə gözəl günlər idi,Hər bahar cütə gedirdikOğlumla ikimiz.O yer sürər,Mən toxum səpərdim.O suvarar,mən arx çəkərdim.Sonra da bir bulaq başındasüfrə açıb,nəyimiz vardısaağız ləzzətiylə yeyərdik.Axşam evə dönəndəgah qəmli,gah da sevinc dolunəğmə deyərdik...Eh, nə gözəl günlər idi...O zamanoğlumun on yaşı vardı,qızımın səkkiz.Görəsən nə edirlər indi.Onlar mənsiz...Məhbus fikrə getdi...Birdən qalxdı ayağa,gözlərində alışan qığılcımsərnizədə əks etdi.Sonra da toqquşdudəmirçi ocağı tək alovlu,bir də buz kimi donmuş baxışlar.məhbus dedi:– Deyirsən, orda nə var?Həyat, bir də azadlıq!Bilirsən azadlıq nədir?!– Bilirəm.– Yox, bilmirsən!Bilsəydin gözətçi olmazdın.Bilsəydin bu qala divarları arasındabircə gün qalmazdın.Yox, bilmirsən!Bilmirsən, yazıq.Axı biz insanıq!Sən bilmirsən bunu,insanın azadlıq üçün doğulduğunu.Bilsəydin...Deyən məhbusBirdən qollarını geniş açdı,qalanın başından
şahin kimi uçdu.Uçdu kəndin baharına...Çobanın mahnılarına...Ətir qoxulu torpağa...Uçdu həyata,insanlara,azadlığa...Gözətçi çiyinlərini çəkdi təəccüblə...Sonra elə bil yuxudan oyandı,bir addım atıbancaq yenə dayandı.Baxdı,hər şey əvvəlki kimiydi yenə...Dəniz üfüqlə birləşib,Günəşin şəfəqləri ləpələrə düşüb,dalğalar qalanın təməl daşını döyürdü...Fəqət o görmədi,dənizdə bir nöqtə var,Orada sular halqa-halqa böyüyürdü...Sonra da üzürdü ləpələrin çiynindəsahilə sarı...Gözətçi görmədibir məhbusunhəyat,torpaq,azadlıq arzularınecə də can atırsahilə sarı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-sahin-ve-koramal
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Qəzəl: Raze mən bər xəlq əyan şodراز من بر خلق عیان شد حیف حیفاشکم از دیده روان شد حیف حیف
Yadıma düşdüDilbər ehtiramla, mərhəmət ilə,Yanıma gəldiyi yadıma düşdü.
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.