Məni
Əlvan çiçəkləri ətir qoxulu,Yaşıl çəmənləri səhər yuxulu.Kimə məhəbbətli, kimə qorxulu.Ay çöllər, anırsız uzaqdan məni?
Mən ki gəncliyimi sizə vermişəm,O dağa, dərəyə, düzə vermişəm.Elə bil mən sizi təzə görmüşəm,Sizsə görməmisiz nə vaxtdan məni.
Saçları ağarmış bir nəğməkaram,Neçə sevincim var, nə qədər yaram.Bir axar su kimi olmuram aram,Soruşun hər axan bulaqdan məni.
Mən dizi üstündə sürünməmişəm,Özgə ətəyinə bürünməmişəm.Şahidim şerdir, bir də ki qələm,Bir də xəbər alın yaraqdan məni.
Sən bu zəmanənin işinə bax bir,Dünən ayaq öpən bu gün vəkildir.Nə isti görübdür, nə soyuq bilir,İstəyir keçirə sınaqdan məni.
İndi həyatımın payız çağıdır,Ömrün günlərini ruzgar dağıdır.Bir fikir qəlbimi sıxır, ağrıdır –Külək qoparmasın budaqdan məni.
Dünyada bir hörmət qazanmışam mən,Kaş onu almasın həyat əlimdən.Bir də unutmasın o el, o vətən,Gəzib dolandığım o torpaq məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gecənin qulağında kədərli zəng səsləri,Ağır-ağır yol gedir karvan şimala sarı.
ƏrdəbilGəlmişəm, xoş gəlmişəm, sanma məni yad, Ərdəbil,Hər zaman könlüm olub fikrin ilə şad, Ərdəbil.
Şeyx Səfi məqbərəsiQədim Ərdəbilin sinəsi üstdə,Günbəzi qızılı bir məqbərə var.
İnqilab şairiyəmMən nə şah, mən nə sultan, nə yaraşıq, nə zinət,Nə əfsanə, nə mələk, nə saray, nə səltənət,