Necə tale məni etmiş də pərişan sənsiz,Qalmışam həsrət ilə gözləri giryan sənsiz.

Gülə sənsiz üzüm aləmdə, bu müşküldü mənə,Heç açılmaz ürəyim, qalsa o bir an sənsiz.

Bu yer olmuş vətənim, qardaşım ellərdir, inan,Yenə hicrində sıxır qəlbimi hicran sənsiz.

Məni Məcnun elədin, sirrimi faş etdim əzəl,Bilmədim çoxdu tökən göz yaşı pünhan sənsiz.

Əriyir şam kimi yandıqca könül, eşqinə bax,Yox əlacım, dirilib gəlsə də Loğman sənsiz.

Əymərəm baş, məni səndən ayıran əllərə, bil,Buna o hakimi-dövran verə fərman sənsiz.

Azəroğlun daha atəşlərə az yandır sən,Bil ki, atəşdə yanır hər tərəf, hər yan sənsiz.

Ərdəbil, 1943

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке