Ey şairin həmvətəni,Çox istərəm görəm səni.Lalə üstünə laləniTaxmağı kimdən öyrəndin?

Üzün aydır, boyun çinar,Könül səndən ilham umar.Oğrun-oğrun, xumar-xumarBaxmağı kimdən öyrəndin?

Gördüm səni düşdüm oda,Ömrüm, günüm getdi bada.Sən atlısan, mən piyadaQaçmağı kimdən öyrəndin?

Hüsnün hər vaxt gələr xoşa,De, kim səni saldı başa,Qara rəngi qələm qaşaYaxmağı kimdən öyrəndin?Hüsnün məni dərdə salıb,Bir salmışdı, bir də salıb.Günəş üzə pərdə salıbÇıxmağı kimdən öyrəndin?

Təbriz, 1945

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов