Niyar karvanı
Hələ oyanmamış günəş yuxudan,Yenicə boylanır üfüqdən səhər.Fəqət yavaş-yavaş söküldükcə danQırmızı boyanır yaşıl təpələr.Buludlar axışır səmada lay-lay,Sönür göy üzündə rəngi solmuş ay...
Niyardan şəhərə uzanan yolu¹Odur ağır-ağır bir nəfər gəlir,Dalında kisə var, kömürlə dolu,O qız nə danışır, nə də dincəlir.“Amandır, görməsin məni pasiban”Deyə nəfəs belə çəkmir qorxudan.
Bilir ki, zəhməti gedəcək heçə,Şəhərə girməsə o ehtiyatla.Bəlkə də yatmamış qız bütün gecə,Elə ilk axşamdan çıxmışdır yola.Qış keçir, yay keçir, nə vaxtdan bəriO qız bu yollarda açır səhəri...
Başında yaylıq yox, ayağı yalın,Dalında ağır bir kömür şələsi.Ehtiyac içində boğulanların¹ Niyar – Ərdəbil yaxınlığında kənd adıdır.
Kəsibdir çiynini ömür şələsi.Bu yerdə insana ömür də yükdür,Həyatı, nəşəsi, eşqi sönükdür.
Donubdur alnında damla-damla tər,O yenə küçədə şələ gəzdirir.Kim bilir, yuxudan durub bir nəfər,Bəlkə kömür ala, hələ gəzdirir...Gəzdirir satmaqçın o qız kömürü,Kömürdən qaradır özünün ömrü.
Axır yanağına gözünün yaşı,Ötürür köksünü o qız dərindən.Bu haldan alışır qəlbinin başı.(Qəzəbim qaldırar dağı yerindən).Deyirəm: “Nə üçün gecə sübhədəkÇalışan insanlar ac qalsın gərək”.
Bu bir cəhənnəmdir odsuz, alovsuz,Görür, deməsəm də, arif olanlar.Odur, bu atəşdə odlanır bir qız,Fəqət nə tüstü var, nə də duman var,Kim deyirsə gündür, həyatdır bu da,Görüm ki, o özü düşsün bu oda.
Ərdəbil, 1941
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-niyar-karvani
Клавиши ← → для перехода, R — случайное стихотворение