İsti köynək
Dağdan enən zaman yağışa düşdüm,Nə bir ağac tapdım, nə də bir qaya.Kolların dibində tənha büzüşdümSəni düşündüm...
Gün batır, qaralır göy də, torpaq da,Kim var ki, çöllərdə gəlsin haraya.Qoşqar dağlarından xeyli uzaqdaSəni düşündüm...
Dostum, sən hardasan? Darda qalmışam.İslanıb əynimə yapışdı köynək.Uzaq bir ölkədə qərib bir axşamSəni düşündüm...
O isti köynəyi gətir, ay Səməd¹Gətir, öz dostunu çətindən qurtar.Qəlbimdə intizar, kədər, məhəbbət,Səni düşündüm...
Keçəcək yağış da, sel də, bulud da,İllər də ötəcək bu ömrümüzdən.Görən nə qalacaq, dedim həyatda;Səni düşündüm...
Kim bilir dünyanın min nemətindənBir şer həvəsim qalacaq yəqin.Bir də köynəyinin hərarətindənDostum, donmayacaq heç vaxt bədənim.
Yüz yerdə tutsa da yağış, qar məniBildim məhəbbətin qurtarar məni,Səni düşündüm,Səni düşündüm...
Kislovodsk, 1958
¹ Qoşqarda yağışa düşdüyümüz zaman Səməd Afiyət öz isti köynəyini verib məni xəstələnməkdən qurtarmışdı
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-isti-koynek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
ZülfünHər zaman ki düşər başdan ayağa,Olur qədin ilə bərabər zülfün,