Əqrəb əqrəbə toxundu,qırmızı lent kəsildi elə bil.Açıq qapıdan gəldi yeni il.Gəldi,əlində dəstə çiçək.–Dostlar,Yeni ilin sağlığına içək.–İçək!Səsləndi piyalələr.Mən də

əlvida edib35 yaşıma,Dolu bir piyaləniçəkdim başıma.–Sağ olun, dostlar,Sağ ol, həyat yoldaşım,Sən də sağ ol, 35 yaşım!35 nəğməyə bənzərÖmrün keçən illəri...Mənsə o nəğmələribəzən kədərli ötdüm,bəzən gülərüzlü, şən.35 nəğmə uçdubu 35 ildəmənim dilimdən.İndi il təzələndi,yaşım bir il artsa daNə gileyim var,nə umacağım,Nə də ümidim azalır həyatda.Səhər işə gedəcəyəm,Axşam dönəcəyəm evə.Yox,Belə düşünməyin həyatımıYox,həyat belə olsa əgər,O nəyə dəyər?!Doğrudur, nə dövlətim,nə də miknətim var.Ancaq, açıq süfrəmdəpendir, çörək tapılar.Dostlarım min-min,Saymaqla qurtarmaz.Hamıya tanışdır düşmənim,Fəqət bir niskilim var mənim,Dostlar bilsə də,açmadı.Ancaq,Mən açmasam qalıbqəlbimə dərd olacaq.Yüz il yaşasan,Yüz bahar görsən həyatda,Deyin,nəyə dəyərömrün bircə nəğməsini əgərötməsən ana yurdda.35 il keçdi ömrümdən,35 nəğmə uçdu dilimdən,İl də təzələndi.Baxın,nəyim var indi.Məclisimiz şən,Qədəhlər dolu,dostlar,oğlum, sevgilim –Hamı toplanmış başıma.Mənsə,qəlbimdə sevinc,bir də niskilim,qədəm qoyuram.35 yaşıma.

Bakı, 1957

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов