Qələm yoldaşım
Sevgilim,dodağında həzin bir bayatıyatırırsan körpəmizi,gecə yarıdır...Misralarsanki Təbriz xiyabanından keçəndəvə qatarıdır,qəmli bir ahənglə axır.Körpə dəcəl olsa da,nəğmənin ahənginə uyubxəyala dalmış kimi üzünə baxır.Bəsdir,bu qəmli nəğməni oxuma,Oxuma, sevgilim.Onsuz da yaman sıxılır qəlbimbu tək otaqda.Özüm 56-cı ildəyəm,xəyalım on il qabaqda.Gəlir xatirimə,səngərdə yatdığım,toza, torpağa batdığımgünlər.Düşür yadıma fədai dostlarım,Saqqal Vəli,Şəmsüvarlı Əbi,Qoca Şahmar.Tüfəngin qundağına kəndir bağlayıb,güllələri dağarcığa yığan,tankı sinəsilə saxlayıbqoşun qabağına çıxanadsız qəhrəmanlar.Düşür yadıma,Sakit gecələrdədüşmən səsini eşitməsin deyəastadan bayatı deyən cavanlar.
Yox,Oxuma, sevgilim,Bu bayatıları oxuma,Yetər.Gəlir xatiriməaylı axşamlardatüfəngin qundağı üstə şer yazıbsəhər atışmasından qabaqbir daşın üstünə qalxıbonu dostlara oxuduğum günlər.Düşür yadımaiki cəbhə dostum –tüfəngim,atım.Biri nəğməm kimi alovlu idi,biri cilovsuz xəyalım,uçan qanadım.Gəlir xatiriməTəbrizə dönərkən cəbhədənüçgünlük yolubir gecə-gündüzdə keçdiyim,Gecə bayatı deyib,gündüz bardaqlardan ayran içdiyimgünlər...Gəlir xatirinə yəqin ki, sənin dəunutmamısansa əgər,yenicə dönmüşdüm cəbhədən,Sərdar xiyabanındabir səhər üz-üzə gəldik.Sən gülümsəyərəkbir mənə baxdın,bir də paltarıma.Sonra ciddi hal alıbqaşqabağını tökdün,toqqanı düzəldibnizami köynəyinin ətəyini çəkdin,bir əsgər kimi salamladın məni.
Mən sıxarkən əlini,dedin:“Boynuna sarılardımXiyaban olmasaydı əgər”.Yadındamı, sevgilim.Bir əsgər əfsərlə yanaşı getdihərbi qərargaha qədər...Sevgilim,indi sən beşik başındaLayla çalırsan,körpə xumarlanır yataqda.Mənsə tək bir otaqdayaman darıxıram,yaman.Gəlir xatiriməo zamanTəbriz xiyabanlarını keçib“Şairlər məclisi”nə qoşa getdiyimizgünlər.Gəlir xatirimə,hər səhərgecə yazdığım şerimikrofon qabağında oxuyarkən mən,“Azərbaycan”da çıxardı sənin nəğmən.Sevgilim,bir uzun illərin sınağındankeçib gələn,həyatın ağlı-qaralı günlərini görən,bir məslək uğrunda vuruşub,bir həyata nəğmə qoşub,yaşamışıq.Üzümüz ağ,alnımız açıq.Sevgilim,sən dünən cəbhə dostum,qələm yoldaşım idin,bu gün həyat yoldaşım olmusan artıq,Sən,tüfəngi atıb bir yanakeşik başındanbeşik başınakeçiblaylay çalırsan oğluna.Bilirəm,sən unutmamısan ilk əhdini,ilk ilqarını.Cəbhədə ölən igidlərin yerinəBöyüdürsən Arazını,Etibarını.Sevgilim,oxu!Şən mahnılar oxu!Qoy daha möhkəm gurlasın nəğmən!Oxu, sevgilim,Elə oxu,qoy bilsinlər ki,fədai olduğunuunutmamısan sən.
Bakı, 1956
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-qelem-yoldasim
Клавиши ← → для перехода, R — случайное стихотворение