Buludlar
Yenə ağ çalmalı Kəpəzin üstdə,Çətir tək durmusuz, qara buludlar,Deyin, külək qovmuş, günəş dağıtmış,Sizi kim gətirmiş bura, buludlar?
Niyə qaraldınız bu bahar çağı?Sizdəmi gördünüz ayrılıq dağı?Görünsə günəşin qızıl saçağıHara gedəcəksiz, hara, buludlar?
Cənub ellərinə siz gedən zaman,Bir sözüm çıxmasın qoy yadınızdan.Məni xəbər alsa gülüzlü canan,Salam deyərsiniz yara, buludlar.
Deyin, qəm çəkməsin siz ona, dözsün,Dərdə, işgəncəyə, zindana dözsün.Axı söz veribdir, hicrana dözsün,Tapaq bu dərdlərə çara, buludlar.
Gözünüzdən axan qəlb sevincidir,Bəlkə həsrət yaşı, bəlkə incidir?Yəqin bu ayrılıq sizi incidir,Edir könlünüzü para, buludlar?
Yetər, ağlamayın bu gölün üstə,Bu dağın, çəmənin, bu çölün üstə.Günəş bayraq açıb bu elin üstə,Bu torpaq bürünmüş nura, buludlar.
Gedin, o sahillər gözləyir sizi,Yuyun göz yaşıyla, yuyun Təbrizi.Nə düşmən ləpiri, nə də qan iziDüşməsin bir daha ora, buludlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-buludlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sahili sarı qumluDalğası ağ Xəzərim.
KarvanGecənin qulağında kədərli zəng səsləri,Ağır-ağır yol gedir karvan şimala sarı.
ƏrdəbilGəlmişəm, xoş gəlmişəm, sanma məni yad, Ərdəbil,Hər zaman könlüm olub fikrin ilə şad, Ərdəbil.
Şeyx Səfi məqbərəsiQədim Ərdəbilin sinəsi üstdə,Günbəzi qızılı bir məqbərə var.
Стихи других поэтов · О разлуке
Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş,Ey gözüm, qan ağla kim, çeşmi xumarım gəlməmiş.
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınEy yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Qaçqının sərgüzəştiNazəndə nigarım gecə məndən genə düşdü,Heç sən demə o yazığa məndən gənə düşdü.