Nazəndə nigarım gecə məndən genə düşdü,Heç sən demə o yazığa məndən gənə düşdü.

İllərlə çadırlarda ki, biz it günü sürdük,Bitlər, gənələr bir idi, birdən minə düşdü.

Murdar gənələr vəslimi hicrana çevirdi,Mən tövləyə ta nazlı nigarım hinə düşdü.

Bir yaxşı itim var idi xalis gənəliydi,Bilməm gənə məndən itə, itdən mənə düşdü.

Gəldim şəhərə dərdimi məclisdə deyim mən,Qovdu, gənə ta ki, vəkilin üstünə düşdü.

Hər yerdə şəhər əhli gəzib kef eləyirdi,Arsızları gördükcə fikir dərinə düşdü.

Vurdum gənəmi qoltuğa, Pünhan, yola düşdüm,Göz yaşlarımın gildiri, tindən-tinə düşdü.

15 iyul 1998. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке