Filansız bilinir
Dəyişib dövr nə arvad, nə də ki, qız bilinir,Necə Avropa girib şüura amansız bilinir.
Sizə şalvar yaraşırsa, bizə şalvar yapışır,Odu ki, bizdə tumannıyla, tumansız bilinir.
Bir müqəddəs gəlişin çoxları hiss etmədədir,Nə iman sahibi çünki, nə imansız bilinir.
Ulu Xankənd ilə Başkənd ABŞ-ın kəndləridir.Yəni Buşkənddi hər iksi, bu yalansız bilinir.
Gövdəsindən görünür ki, kökü yandan su içir,Kölgəsində oturanlar isə, yansız bilinir.
Bizə bir toy tutulub ki, səsi axırda çıxar,Çalanı köhnə çalandır bu çalansız bilinir.
Gedib Avropada əxlaqımızı dəfn elədik,İndi statusumuz şəkkü filansız bilinir.
Çıxginən gəzməyə bir yay günü "Tarqovli"yə sən,Burda əttövbə müsəlmanla fransız bilinir.
Yığışır hamı bu torpağa qiyamət gününə,Olacaq sorğu-sual, Pünhan, amansız bilinr.
28 iyul, 2001
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-filansiz-bilinir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zaman-zaman ötüb zaman zəmanə bizdən ayrılıb,Zəmanələrdə az olub ki, əyri düzdən ayrılıb.
«Jirni baran»ın biridirOna bel bağlama çox, ağda qaranın biridir,Üzü boz, mayəsi turş, abı-qoranın biridir.
Fərhad və Şirinin hamam əhvalatıBu, susuzluq dərdinə həm doğma, həm yad ağladı,Yay, payız, həm qış, bahar xəlq etdi fəryad, ağladı.
Məşhədi İbad eşidərDağılan yurdumu bir gün yağı abad eşidər,Eşidər xəlqim olub qüssədən azad eşidər.
Стихи других поэтов
Əlhəmdülillah, fikrimdir Allah,Fikrimdir Allah, əlhəmdülillah.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Джам-и Джам, глава 83دزد را پیش رخت راه مدهخرنهای خرس را کلاه مده