Dağılan yurdumu bir gün yağı abad eşidər,Eşidər xəlqim olub qüssədən azad eşidər.

Bizi ta qəbrə qoyunca dözərik, səbr edərik,Kişiyik, cınqırımız çıxsa onu yad eşidər.

Başına daşı salıb, başı bədəndən ayırıb,Bu da bir möcüzədir ki, demə cəllad eşidər.

Bəni-Adəm deyilik, adəməbənzər bəşərik,Bizə Adəm eləyər bizlərə irad eşidər.

Demə xainliyün haqqında içib hər yetənə,Gələcək nəslə çatar, gör onu övlad eşidər.

Söyə bilmir heç ürəkdən bu kişi ermənini,Çəkinir, saxladığı erməni arvad eşidər.

Bu toyun axırına məncə şuluqluq düşəcək,Demə meymunudu kim Məşhədi İbad eşidər.

Sözü mənaya büküb at özü, Pünhan, açılar,Açılanda kimi naşad, kimi şad eşidər.

4 iyun 1997. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине