Çəmənə demə ki, göyərməyəsən
Çəmənə demə ki, göyərməyəsən,Dağlara demə ki, qarsız qalasan,Gözlərə demə ki, nur görməyəsən,Ağaca demə ki, barsız qalasan.
Göylərə demə ki, Aysız olasan,Günəşsiz olasan ömrün boyunca.Torpağa demə ki, çaysız olasan,Yanıb, içməyəsən su da doyunca.
Ürəyə demə ki, arzusuz, kamsızQalasan sinədə boş qəfəs kimi.Şairə demə ki, sözsüz, ilhamsızKöçəsən dünyadan quru səs kimi.
Demə ki, bir igid qılıncsız, atsız,Bir ellər gözəli sevənsiz olsun,Demə ki, göl susuz, qartal qanadsız,İnsan elsiz olsun, vətənsiz olsun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-cemene-deme-ki-goyermeyesen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ölüm yaxın düşə bilmirBircə böyük məhəbbətə.
Qarğalar qar üstə qara xalmıdır?Qarğalar qar üstə qara xalmıdır?Küknarlar yamyaşıl alova bənzər,
Xəstəxana qucağındaXəstəxana qucağındaSəsin gəldi otağıma.
Dilim qabar oldu “gəlmə” deməkdənDilim qabar oldu “gəlmə” deməkdən,Sən elə əvvəl də belə dəcəldin.
Стихи других поэтов · О родине
Uzaq Britaniyada kaman nəğməsi...Habil lal telləri dilə gətirmiş.
DünyanıAnası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.
Loğmanın vəsiyyətiƏshabına bir gün dedi Loğmani-həqiqət:Etdi məni hübbülvətənim mətleyi-hikmət.
İnsan qayalar(«Vətən qayaları,*Vətən daşları» silsiləsindən)*