Anası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.Gəzər ruzigahı qaırışbaqanş,Əgər mümkün olsa, satar dünyanı.

Gahdan aram olur, gah dilənçidi,Bambılı, xudbindi., el gülüncüdü.Yaxşılıq həmişə onu incidir,Qaldırsa, başından atar dünyanı.

İştahası çoxdu, daş-torpaq yeyər,Güclüyə qul olar, gücsüzü döyər.Namusu, qeyrəti hərraca qoyar,Qan salar araya, qatar dünyanı.

Qəribə məxluqdu, bilməz özünü,Həqiqət bir oxdu, tökər gözünü.Nəsib xeyir görməz, görsə üzünü,Əgər imkan olsa, udar dünyanı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине