Qalmadı
Türk deyənin dilçəyini kəsdilər,Haq deyəni tapdalayıb əzdilər,Millətimi dərd yoluna düzdülər,Bu ellərin bir büsatı qalmadı.
Bu dünyanın malı başa baladı,Zalım fələk gözümüzü bağladı.Qaxtağanlar fil yurdunu taladı,Xan yurdunun varidatı qalmadı.
Zalım oğlu, meyl etmisən şəraba,Söyüdlü, Mustuqlu1 qalıb xaraba.Hanı toy büsatlı o iyirmı oba,Kitabdan silindi, adı qalmadı.
Vicudü cismimi alıbdi vərəm,Təpədən dırnağa kədərəm, qəməm.Öldü qoç Koroğlu,öldü xan Kərəm,Igidlərin bir qiymatı qalmadı.
Aşıq Heydər lal oldu, üzü gülmədi,Zər qədrini bizim Şura bilmədi,Yollar bağlı qaldı, gedən gəlmədi,Ağbabanın bir baratı qalmadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-heyder-qalmadi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
وصل تو تمنای هزاران مهجور
Kor olduGözün baxa-baxa, qızın kor oldu,Dərdin nə böyükdü, ay anam mənim!
Nəcmi-geysudarSən ey yüksək fəzalardan aşan səyyahi-zərrinpər!Uzaq, ey nəcmi-geysudar! Uzaq gəz, ərzə yaqlaşma!
Mən nə deyirəmMən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim