Görən harda belə gözəl məkan var
Ağbaba deyilən qalxıb göylərə,Görən harda belə gözəl məkan var?Tanrı naxış çəkib bizim yerlərə,Görən harda belə gözəl məkan var?
Öksüzdən qalxanda bir qatı duman,Göllü su əlindən çəkir əl - aman.Düzkəndin dörd yanı yamyaşıl orman,Görən harda belə gözəl məkan var?
Muğelli deyilən bir dərə dağdır,İbişin yediyi sarıca yağdır.Bu cənnət məkanın dörd yanı bağdır,Görən harda belə gözəl məkan var?
Bu yan Söyütlüdü, o yan Baxçalı,Güllərdən seçilmir dağların yalı.Xəstəyə dərmandı Bozqala balı,Görən harda belə gözəl məkan var?
Balıqlı xoş nişan, Xənçəlli nizə,Dağda süsən-sünbül çıxıbdı dızə.Burda Aşıq Heydər güc verir sözə,Görən harda belə gözəl məkan var?
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-heyder-goren-harda-bele-gozel-mekan-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qarsın yaylasında bir pəri gördüm,Dilli dilavərdi, bu gələn gözəl.
Bu sevdaya düşən günü ölmüşəmSevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.
DağlarınDuman - çiskin basıb, görünməz olub,Görünmür yaxası, başı dağların.
DağlarınÇəkilmir başından duman - çiskini,Nə betər dəyişib halı dağların.