Elə bir kürsüdəyəm piylənir hər gün bədənim,Handa bir enli kresloya da yerləşmir enim.

Pulu nazir diləmiş verməmək olmaz, ey dil,Çoxu vallahi onundur, azı billahi mənim.

Nə qədər ki, tanımır öokədə it öz yiyəsin,Uzun illər olacaqdır bu dəyirmanda dənim.

Mənim İblis keçirib əynimə əynimdəkini,«Diri olduqca libasım budur, ölsəm kəfənim».

Demisən ki, mənə Allah eləyir hifz səni,Səni Allah eləyir hifz, məni can güdənim.

Kimi xətrindi gəbərt, yox sənə onsuz da ölüm,Şükr Quran ilə getmir bunu qanun edənim.

«O gözəl yerdə» ki, ilhamə gəlirdim gecələr,Elə ilham ilə bağlandı o beytül-həsənim.

Sən durub yolların üstündə şəhid payı dilə,Mən gəzim dolların üstündə gül açsın çəmənim.

Belə söz var ki, qiymət qopacaq birki ilə,Düzə Allah olacaq yar, pisə Allah qənim.

Bu cahan iblisə, Pünhan, hələ ki, xidmət edir,Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.

1 fevral 1998. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти