Eşqin şəhərində dəllal olmuşam,Bilmirəm yar üçün nə aləm indi.Siyah zülfün can çəkilmiş kənd üstə,Nə bayraq görsənir, nə ələm indi.

Eşq şəhrində ya səni gör, ya məni,Sərraf çəkər ləli-gövhər, yaməni.Öldürürsən pünhan öldür, ya məni,Nə alim eşitsin, nə aləm indi.

Mən Hüseynəm həmi dərddən bəyanəm,Eşq əhliyəm, həmi dərddən bəyanəm,İstədim ki, qəm gülünə boyanam,Nə yaşıla çaldım, nə aləm indi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви