Xalqlar üz-üzə dursa da,Eşq-məhəbbət ölməyəcək...Bəşəriyyət qırılsa da,Eşq-məhəbbət ölməyəcək...Məhəbbəti yerə basdır,Göyərib üzə çıxacaq.Məhəbbətin məzara qoy,Məzardan səsi çıxacaq.Poladın içində saxlaPoladı kəsib çıxacaq,Sevən gözlər kor olsa da,Eşq-məhəbbət ölməyəcək...Hətta günəş qaralsa da,Eşq-məhəbbət ölməyəcək...

Bütün ərzin yollarınıKərgədanlar kəsə belə,Qəbilələr bir-birinin

Başlarını kəsə belə,Lap millətlər bir-biriniDiri-diri yesə belə,Ordular üzə dursa da,Eşq-məhəbbət ölməyəcək...Hər şey tar-mar olsa da,Eşq-məhəbbət ölməyəcək...

Nə Leylinin, nə MəcnununKimsəyə kini olmayıb,Sevənin sevgidən özgəMilləti, dini olmayıb.Qoca ərzin, vallah, billahEşqsiz günü olmayır,Bu aləm zindan olsa da,Eşq-məhəbbət ölməyəcək...Hər gün ölüm, qan olsa da,Eşq-məhəbbət ölməyəcək...İnsan insanı duymasa,Ruhu ölər, bağrı çatlar,Yenə qardaş olacaqlarBir-biriylə bütün yadlar.Məhəbbətdən aşağıdırƏdavətlər, küdurətlər,And içirəm etiqadaEşq-məhəbbət ölməyəcək,Sevənə yox zaval, xətaEşq-məhəbbət ölməyəcək...

Ərzin vulkanları dönəOd dövrünə, köz dövrünə,Həyat qayıda əvvəlkiSu dövrünə, buz dövrünə.Lap planet qədəm qoyaHətta insansız dövrünə,Lap meymun əsri gəlsə də,Eşq-məhəbbət ölməyəcək.Dünya ölüb-dirilsə də,Eşq-məhəbbət ölməyəcək...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви