Adam da adamı bu qədər istəyər...
Deyirlər sevginin öz dövrü, yaşı var,Peşiman oluram baxanda güzgüyə...Bəs bu nə sevdadır vurubdur başıma,Adam da adamı bu qədər istəyər?..
Axı, nə sən Leylisən, nə mən Məcnunam,Bəs niyə ürəyim adını səsləyər?..Bu sirri mən sənə açmağa məcburam,Adam da adamı bu qədər istəyər?..
Nə sən çox cavansan, nə mən çox ahılam,Bəs nədən sönməyir bu eşqim, istəyim?..Mən ikimizi də növcavan sayıram,Adam da adamı bu qədər istəyər?..
Tənhalıq daşını atmışam daha mən,Gecə də, gündüz də qulağı səsdəyəm?..Könlümün gözüylə baxıram cahana,Adam da adamı bu qədər istəyər?..
Mən sənin özünəm, sən mənim özümsən,Araya ayrılıq düşübdür bəs niyə?Gecələr röyamsan, gündüzlər gözümsən,Adam da adamı bu qədər istəyər?..
Sən qadın olsan da qız kimi təmizsən,
Nə qədər təmizsən, qorxuram göz dəyər...Necə də dadlısan, şirinsən, əzizsən,Adam da adamı bu qədər istəyər?..
Sonuncu şansımsan sən mənim son andım,Məhəbbət oduna tutulmuş xəstəyəm...Bu eşqsiz, sevgisiz, amansız zamanda,Adam da adamı bu qədər istəyər?..
Sən mənim dilbərim, mələyim, Allahım,Gecə də, gündüz də üstündə əsdiyim...Sən məni istəsən demərəm bir daha,Adam da adamı bu qədər istəyər?..
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-adam-da-adami-bu-qeder-isteyer
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
RübailərSənsiz nəfəsi səbrü qərarım yoxdur,Nəzzarədən özgə intizarım yoxdur.
Doldu gözüm qubari-səri-kuyi-yardənDoldu gözüm qubari-səri-kuyi-yardən,Gör, gör nələr yetişdi bana ruzigardən.