Həkim dostum, elə demə…
Qan təzyiqim qalxır hər gün,Qan təzyiqim…Elə bil ki, çatışmayırSuyum, havam…Baxıb mənə neçə-neçəLoğman, həkimKömək etmir neçə cürəDərman, dava…Hər bir şeyi unut deyirTəbiblərim,Deyirlər ki, fikir çəkmə,Qəm eləmə…
Həkim dostum, çoxdur bununSəbəbləri,Axı, necə dərd etməyim,Elə demə…Vətən yanır, necə dözümBu dəhşətə,Bilirsənmi, el dərdidirDərdim mənim?..O dərd artıq hopub qana,Keçib ətə.Sən o dərdə dərman tapdır,Verdir mənə…Yaddan çıxmır Şuşa qalam,Məğrur, əziz.Fikrim daim elə onunYanındadır…Varlığında qövr eləyirGecə-gündüz,O ruhumda, əsəbimdə,Qanımdadır…Heçs olarmı o qalasızYaşayım mən,O mənimçün hava, nəfəsCandır, həkim…Bircə kərə qalxa bilsəmŞuşaya mən,Qan təzyiqim enəcəkdirOnda, həkim…Xocalını mən unudum,Axı, necə.Minlər ilə şəhidimi,Qurbanımı…Qalxdı qanım o günƏrşi – fələyəcən…O torpaqda siz arayınDərmanımı…Hər gün neçə ər itirirAzərbaycan,Allah özü yağılaraOlsun qənim…Bu şəhidim qalxsa əgərMəzarından,Əsəblərim sakitləşərOnda mənim…Yazma, mənə o iynəni,O nüsxəni,Özümdədir öz xilasım,Öz düşmənim…Yad güllərdən daha artıq
Kəsir məni,Öz içimdə gedən qanlıÇəkişmələr…Analarım, bacılarımBatıb yasa,Bax, onların sevincidirDərman mənə…Bu dar gündə qalxıb,Coşub çağlamasa…Gərək deyil o qan mənə,O can mənə…Yetər, daha dərman yazma,Təbib, yetər,Bilmirsənmi, el dərdidirDərdim mənim…O dərd artıq hopub qana,Keçib ətə,Sən o dərdə dərman tapdır,Verdir mənə…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-hekim-dostum-ele-deme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Niyə doğdu səni ana,Cabir, bu da azdı sənə…
Deyəcəyəm-deyəcəksizÇox işlərdə yarımçığıq biz hələ ki,Düşmən qalıb özümüzə toy tuturuq…
Ah, təmizlik, təmizlik…Ah, təmizlik, ah, təmizlik, təmizlik,Sən də bir cür müsibətsən, bəlasan…
Qaçır…Heyvan insanlardan qaçır,İnsan heyvanlardan qaçır,