Əl əli, əl də üz yuyur – ölkə zaval içindədir,İynə çuval içindədir, xəlq sual içindədir.

Qoydu firəngi kölgədə, yaydı zinanı ölkədə,Qızları mini yubkədə, gündə sığal içindədir.

Parələri Turandadır, surələri Qurandadır,Siqələri İrandadır, molla vüsal içindədir.

Fikrə xəyala çox dalıb, qeyl ilə qala əmr alıb,Yurdun içində yurd salıb, özcə amal içindədir.

Salmadı qardaşın saya, qardaşı sanki bir qaya,Uçdu Dubaya, bay-baya, bakirə hal içindədir.

Gizlicə getdi söhbətə, söhbəti döndü rüşvətə,Axırı çatdı şöhrətə, indi medal içindədir.

Dostdu-tanışdı bilmirəm, hamı cıqal içindədir.Yandı-yanışdı bilmirəm, hamı cığal içindədir.

Öldü bu ölkə basdırın, üstünə böylə yazdırın,«Torpağı qal içindədir, xaini bal içindədir».

Rəngdü, rəng, rəngdü, axırı cəng cəngdü,Ləngdü, ləng, ləngdü, ölkə topal içindədir.

Axırı kama çatdılar, Pünhanı DİN-ə satdılar,Ağı qaraya qatdılar, saçları çal içindədir.

7 oktyabr 1997. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине