Gözündəki fənarı gör
Yıxıl acından öl, uzan, yuxunda iqtidarı gör,Dedikləri qərara bax, yedikləri naharı gör.
Nə verdi bu qurum sənə, dedin ki, sözlə boş çənə,Dubinkadan qalan mənə, başımda yadigarı gör.
Hüquqi dövlət olduğun, bu yurdda bilmək istəsən,Bizim bu jurnalistlərin gözündəki fənarı gör.
Üzündə yox abır-həya, boyun yoğun, sifət qaya,Saman çöpün basar çaya, samanı çayda sarı gör.
Gün üstünə çöküb gecə, biçin işi düşüb gicə,Nöyütlə tank gəlir küçə, ötüb keçən qatarı gör.
Hesaba kölgələr salıb, hesabda bölmələr qalıb,O bölgədə bazara bax, bu bölgədə azarı gör.
Düşək yola Qarabağa, ayaq açaq o torpağa,Qayıt, desə polis qağa, ürəkdəki qərarı gör.
Mənim canımda el canı, mənim qanımda el qanı,Mənim özümdə Pünhanı, sözümdə aşikarı gör.
10 avqust 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-gozundeki-fenari-gor
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Özünü yorma, əzizim, belədir ki, hələ ki,Kişilər nakişələrçün kölədir ki, hələ ki.
Hamı cığal içindədirƏl əli, əl də üz yuyur – ölkə zaval içindədir,İynə çuval içindədir, xəlq sual içindədir.
Qələm varağı yandırarƏsilli qız gəlin gələr-gələr ocağı yandırar.Əsilsizin ki, əsli yox, bayır-bacağı yandırar.
Nəyimə gərəkdir Qarabağ?!İki bağ əlli otaq – nəyimə gərəkdir Qarabağ,Bura dərya, ora dağ – nəyimə gərəkdir Qarabağ.
Стихи других поэтов · О родине
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Maşallah, bu gözəl kimdi ki, Şirvanə gəlibMaşallah, bu gözəl kimdi ki, Şirvanə gəlib,Ləbini mürdeyi-sədsalə görüb canə gəlib.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Dəli könül, gəl əylənmə qürbətdəDəli könül, gəl əylənmə qürbətdə,Bir gün olur vətən deyib ağlarsan.