Dəli könül, gəl əylənmə qürbətdə
Dəli könül, gəl əylənmə qürbətdə,
Bir gün olur vətən deyib ağlarsan.
Yadlar ilə ömür çürür həsrətdə,
Bir gün olur vətən deyib ağlarsan.
Yaxşı gündə yarü yoldaş çox olur,
Yaman gündə heç bulunmaz, yox olur.
Yad ellərin tənə sözü ox olur,
Bir gün olur vətən deyib ağlarsan.
Mən görmüşəm bu qürbətin dadını,
Yanıb-yanıb çox çəkmişəm odunu.
Qəmlənirsən hər görəndə şadını,
Bir gün olur vətən deyib ağlarsan.
Oxuduqca qəmgin şe’ri-qəzəli,
Köhnə yaraların bir-bir təzəli,
Yada düşər keçən günün əzəli,
Bir gün olur vətən deyib ağlarsan.
Yada düşər bağçaların, bağların,
Ala qarlı, boz dumanlı dağların,
Qocalırsan keçər cavan çağların,
Bir gün olur vətən deyib ağlarsan.
Keçən günü bir-bir xəyal eylərsən,
Dolar qəm könlünə məlal eylərsən.
Gələndən-gedəndən sual eylərsən,
Bir gün olur vətən deyib ağlarsan.
Hər məzara düşər olsa güzarın,
Yada düşər ata-ana məzarın.
Vidadi xəstə tək artar azarın,
Bir gün olur vətən deyib ağlarsan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vidadi-deli-konul-gel-eylenme-qurbetde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey fələk, əlindən dad etməyimmi,Sən məni dərdə bac eyləmədinmi?
Gecə-gündüz oda düşüb yanaramGecə-gündüz oda düşüb yanaram,Siyah telli bir sonanın ucundan.
MüsibətnaməGəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax,Gəl, könül, bir ibrət al bu gərdişi-dövranə bax,
Könül həsrət, can müntəzir, göz yoldaKönül həsrət, can müntəzir, göz yolda,Ömr azaldı, və’də keçdi san ilə.
Стихи других поэтов · О разлуке
Əqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
GözəllikMən sənin yanında səsəm-sorağam,*sevincim, kədərim, həsrətim oyan!*
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
جانان نکند هرگز، هرگز نکند جانانشادان دل ما یکدم، یکدم دل ما شادان