Mən sənin yanında səsəm-sorağam,sevincim, kədərim, həsrətim oyan!Mən sənin yanında səndən uzağam,sənlə olduğumu hiss etdim, oyan!

Yolumu gözləyib qulağı səsdə,döyünüb həsrətlə o qəlb, o sinə.Başını söykəyib çiyninin üstə,çiynini bir kiçik “yer kürəsinə”.

Ah, necə əl vurub toxunmaq olar,o çiynin, o əlin, o qolun üstə?!İpək süfrə kimi sərilib saçlar,mən “kürə” dediyim stolun üstə.

İlk dəfə seyr etdim o yuxunu mən,nağıl görməmişdim həyatda belə.Yuxunun gözəllik olduğunu məngördüm o gözlərdəöz gözlərimlə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке