Səs-səsə
“Qah-qah gülməlisənxaniman xərab!”Sabir
Yubiley keçirdik, təriflər yazdıq,təbriklər elədik verib səs-səsə.Doyunca əl çaldıq bir-birimizə,yenə yubileyə hazırlaşırıq.
Görəsən kim indi haray salacaq,ardı kəsməyəcək güzar-gileyin.Bir para məddahlar namaz qılacaq,tutub ətəyindən bir para “şeyxin”.
Hardasa yetim var, hardasa çılpaq,hardasa infarktdan yatır oğullar.Bir yetim qarnını doyurmayacaq,kürsüdən deyilən şüar-nağıllar.
* * *
Heç kəsə oxşamayın, –deyə-deyəsonradan;özünü tələb etdio, axırda hamıdan.
* * *
“Gül qönçəliyində xar iləndi,açılanda özgə yar iləndi...”Mən qulaq asıram, deyin bir qədər,bu necə güldü ki, saralıb solmaz.Gəlsin sağlığında ölən şairlər,qoca Füzulini dinləsin bir az.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-ses-sese
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Peyğəmbərdən sonra şairlər gəlir”.*Nizami*
Millət öz-özünə güldü nəhayətHeykəl uçuruldu, töküldü getdi,heykələ bu baxdı, o güldü, getdi.
Yavaş de, qızım“On səkkiz yaşımı Sizə bağışlayıram,*şöhrətinizdə gözüm yoxdu, yetmişi mənə*
Fəlsəfənin riyaziyyatıKitab da bir ömrün vəsiqəsiymiş,gah sevinc bürüyər, gah kədər məni.