Şeyxim
“Peyğəmbərdən sonra şairlər gəlir”.Nizami
Birinci sən keçdin o yolu, Şeyxim,ulular içində ey ulu Şeyxim.Dövranla şairin tutmur söhbəti,o yalanı sevir, bu həqiqəti.Ayağı öpürlər üz əvəzinə,külü üfürürlər köz əvəzinə.
Şeyxim, səndən sonra dünya dəyişdi,söz dedik, sözdəki məna dəyişdi.Hər gələn zurnaçı bir hava çaldı,nə çaldı, o bizim hesaba çaldı.
Bir yandan Quranı dandı hökumət,bir yandan Qurana and içdi millət.Bir yandan dinimiz lağa qoyuldu,bir yandan adımız Məhəmməd oldu.Bir yandan MK-ya getdik iclasa,bir yandan mollanı çağırdıq yasa.Bir yandan sürüldü şair oğullar,bir yandan Kremlə and içdi qullar.Ordenli, medallı şairlərimizada möhtac oldu, tərifə həris.Dəyişdi sözünü qəliz deyənlər,getmişdim bir Allah evinə, Şeyxim.Peyğəmbər adından hədis deyənlərnəzir-niyaz yığır cibinə, Şeyxim.
İnsan yaşadıqca yaşamaq istər,bədxəbər bir dəfə xoşxəbər olsa.İkinci sırada şairlər gələr,birinci sırada Peyğəmbər olsa.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-seyxim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Xudaya, mən düşən dərdə sən əğyarı giriftar et,Mənim tək yar yanında, xudavənda, onu xar et
DeyibdirCəbinin təcəlla, cəmalın günəş,Küll şeyün halik – Allah deyibdir.
Bircə yerSilindi gözlərimin aynasından surətin,Çəkildi xəyalımın səmasından həsrətin,
ƏdəbiyyatBır hökumet tazə çıxmış, İsmi-Azərbaycan,Şəkli cümhuri, idarə üzvü yeksər bəylə xan.