Uğuruma gəlib çıxdım,sənə qurban, Əli bala.Səni görüb xoşbəxt olsunAtan-anan, Əli bala.

Dar günümdə çatdın dada,qoymadın əl açım yada.Görməmişdim həyatımdabelə tufan, Əli bala.

Bir həkimdən uzaq qaçdım,o birinə ağız açdım.Elə yandım, elə çaşdım,əsdi xəzan, Əli bala.

Tale məni saldı dala,yaman düşdüm haldan-hala.Bu yaşda bu qeyli-qaladözmür insan, Əli bala.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов