Küçələrə su səpmişəm,yar gələndə toz olmasın.Xalq mahnısı

Küçələrə qar yağıbdı,torpağı var, tozu yoxdu.Xəstə qalıb gözü yoldasəsi gəlir, sözü yoxdu.

İnsan dərdə layiq olar,bəxti yatsa, ayıq olar.Yadın evi soyuq olar,ocağı var, közü yoxdu.

Dərdin alım, bizim dağlar!Quyu suyu sərin saxlar.Biri gülər, biri ağlar,bu yazıya pozu yoxdu.

Sirri çoxdu bu dünyanın,vay halına qul olanın.Sən gördüyün Nərimanınadı qalıb, özü yoxdu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов