İkimiz
“İstedad əsil-nəcabətdən artıqdır”Volter
Sən mənim üstümdə söz götürübsənnadan kəkələyib lovğalananda.Sən külün içindən köz götürübsən,yəqin zərifliyin itib o anda.
O duya bilməzdi nəydi bu ülfət,bələdçi cildində nabələd idi.Həqiqi ləyaqət, yalançı şöhrətüz-üzə gəlmişdi, bir qələt idi.
Döyər sinəsinə bəzi adamlar,qalxar arsız-arsız namus-ar deyə.Vətəni başına çətirtək tutarbir yaz yağışında islanar deyə.
Səni üşüdürdü soyuq nəfəsi,gör o, ürəyini harda qırırdı.Qadın qüruruna qəsdi-qərəzi“kişi qeyrətinə” sığışdırırdı.
Üzr istəyəydi səndən o, gərək,nə üz lazım idi, nə də cəsarət;Qadın qarşısında səcdə eləməkqadın nəzərində qalxmaqdı fəqət.
Allahın say-seçmə bir bəndəsiydi:əsli, nəcabəti, nələr və nələr.Eh, o da mikrofon xanəndəsiydi,üzdə əl çalırlar, dalda söyürlər.
Baxıb ətrafına bir fənd qururdu,mərhəmət umurdu kimdənsə yazıq.O qalib rolunda məğlub olurdu,sənlə mən – ikimiz tamaşaçıydıq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-ikimiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Səfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd
YaylaqKönlüm qaranquştək uçub qoynuna,Gəzir hər yamacı, hər yalı, yaylaq!
Keçən günlərO günlər ki, sarmaşıqlar divardan,Saçlarını bizim bağa tökərdi.
Vəh ki, keçdi ruzigarım cəhlü nadanlıq biləVəh ki, keçdi ruzigarım cəhlü nadanlıq bilə,Yanar imdi bağrım ənduhü pəşimanlığ bilə.