Naxçıvanda Cavid çıxdı qarşıma,türbəsiydi indi vətən Cavidin.Şahlıq quşu gördüm qonub başına,sürgünlərdə qəbri itən Cavidin.

Tutdurdular, öldürdülər şairi,yasaq oldu o şairlər şairi.Türbəsinə qoymayın hər şairi,ruhu pakdı ilahidən Cavidin.

Qılıncını üstə çəkdi xəyanət,köməyinə nə dost çatdı, nə millət.İlhamından qisas aldı cəmiyyət,taleyindən üzü dönən Cavidin.

Gedən getdi, qalanları qaldılar,Xiyabanda fəxri yerlər aldılar.Atabəylər torpağında yadigarCavid qaldı fəxri adı Cavidin.

Başqaları bir ağ günə çıxdılar,tamaşaydı, səsə-ünə çıxdılar.Yer altından, yer üstünə çıxdılar,dalısınca Müşfiq, Hadi Cavidin.

Naxçıvan,14-16 may, 1999

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине