Mən dəmir yol fəhləsininoğluyam, şah!Ürəyimə dünya boydabir mərhəmətverib allah.Mən heç kəsin kədərinəşad olmadım,şərik oldum mən əksinə,yad olmadım.Ancaq sənin pis gününügözləyirdim,mən deyirdimgün olacaq, –şaha da toy tutulacaq.Amma indi sən nə şahsan,nə hökmdar.Səni İran torpağındanqoyladılar.Tüfənglə yox,tanklarla yox,tüpürcəklə,anaların qarğışıyla,oğulların çağırışıyla,qadınların çadrasıyla,laylay deyən dillər ilə,təsbeh tutan əllər ilə!Firdovsinin vətənindənqovuldun sən.Yer üstündə nə bir yer var,nə bir ada, –yaşayasan indi orda.Yer altda da yoxdu yerin,yer altında pak ruhu varAzərlərin,Ruzbehlərin,öldürdüyün, asdırdığınigidlərin.Saflıq sevir torpaq fəqət,qismətinə bir məzar dadüşmədi heç,əlahəzrət!Mən ədalət qanununainanırambu illərin.Axırını belə gördümşöhrətpərəst qatillərin.Xaricdə də mühacirlər,sən qovduğun didərginlərsəni görər,səni didər.Qorxuludur mühacirət.Bu dünya borc dünyasıdır,sən bilmədin,əlahəzrət!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов