Oxşa saçlarımı, səpil ruhuma,Sənə yaxın olum, dünyadan uzaq.Qaldır dabanını,sarıl boynuma,qoy sükut danışsın, ikimiz susaq.Sənə yaxın olum, dünyadan uzaq.

Beləcə sevinim qolların üstə,özün oyat məni, silkələ məni.Əyləndir bu axşamxoşüzlə məni,vermə öz əlindən bir ələ məni.Tale əzizləsin qoy hələ məni.

Dözümüm azalır hərdən elə bil,düşüb əriyirəm təzə qar kimi.Sənin nəvazişin mənasız deyil, –O çatır dadıma xilaskar kimi.

Bəzən bir həyasız girir arayaözü gündə gəzir,məkri kölgədə.Nə səsim, nə ünüm yetir haraya,bir həyat işığı sənsən bəlkə də!

Əllərin şəfadır məlhəmi ilə,nə deyim, ovsun var bəlkə canında.Dünyanın ən böyük loğmanı belə,müalicə etsə,heçdi yanında.

Kimsə dodaq büzüb hardasa, səssizdeməsin ay haray,burda da qəm var!

Hələ az öyrədir nəzəriyyəniz,mən dünya görmüşəm, öz təcrübəm var.

Döyüş meydanıdır qədimdən həyat,bəzən yaralayır,mən də insanam.Təbibsiz-dərmansız sən məni sağaltƏyləndir xoşüzlə məni bu axşam.Sənə yaxın olum, dünyadan uzaq,qoy sükut danışsın, ikimiz susaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов