Səhər gələcəkdir dünyaya yenə,qızıl şölələrlə öpüşəcəyəm.Səhərki günəşlə,səhərki sənlə,səhərik dünyamla görüşəcəyəm.

Yenə ordan-burdan danışacayıq,əvvəldən-axırdan danışacayıq.Filan müəllimdən, filan şairdənbir az da beynəlxalq hadisələrdən,pişikdən... sevgidən...otdan... sonra biz,əsl söhbət üstə çatanda... o söz.

Danış deyəcəksən, mən susacağam,danış deyəcəyəm, sən susacaqsan.Sənin əllərindən mən tutacağam,mənim əllərimdən sən tutacaqsan.Gün qabaqdan düşsə, güləcəyik biz,üzün, gizləsən də tez yanacaqdır.Gün arxadan düşsə,bizim kölgəmizqoşa cığır kimi uzanacaqdır.

Bir yer gəzəcəyik hər yerdən uzaq,Ürək bürünəcək sevincə, qəmə.Yenə qolundakı saata baxmaqyadından çıxacaq...mənim xeyrimə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов