“Dilənçi”
Qovma, qovma “dilənçinin” xətrinə dəyər,bəxti ona bir ömrü də qısa veribdi.O əllərə, Qarabağda gedən döyüşlərsilahının əvəzində əsa veribdi.
Dünən onun son məramı qələbə idi,səngər-səngər atılmaq da ürək istəyir.Dünən vətən torpağını tələb edirdi,bu gün gəlib vətənində çörək istəyir.
Həyatına, taleyinə o qəsd elədi,Gedib orda sinə gərdi mənim yerimə.Düşmən vurub ayağını şikəst elədi,burda qırıb ürəyini şikəst eləmə.
Varmı onun vətənində yaşamaq haqqı,dilənçitək dolaşırsa, o vətən olmur.Niyə gedib döyüşənə – yapalaq haqqı,niyə qalıb gizlənənə – söz deyən olmur?!
Qəlbin insaf damarını nə vaxt qırdılar,bulud gəldi, üzümüzə kölgəmi düşdü?!Ölsə, şəhid məzarında basdırardılar,qaldı, əsgər şərəfinə ləkəmi düşdü?!
Müharibə qorxusu var ölkədə hələ,millət yenə oğulları haraylayacaq.Mən bir ölkə görməmişdim bu qədər beləvarlısı çox, hacısı çox, dilənçisi çox!
Qovma, qovma “dilənçini”, xətrimə dəyər,bəxti ona bir ömrü də qısa veribdi.O əllərə, Qarabağda gedən döyüşlərsilahının əvəzində əsa veribdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-dilenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?
Kimdə varEy fələk sənin əlindən bu sitarə kimdə var,Mənim təki sinə dağlı, bəxti qarə kim də var.
Ey Məsihadəm, niyə can vermədin cansızlara?Ey Məsihadəm, niyşə can vermədin cansızlara?Ol ki, hər dəm can ilə aydır ki, canan sizlərə.
MədhiyyəKapitan İqranoviç haqqında*Şahi-şahan imperator, xosrovi-keyvan sərir,